Xəbər lenti

 

Artıq 3-cü gündür ki, “kars”a salınan Cahangir Hacıyevin səhhətində problemlər yaranıb.

Məlumatı Ovqat.com-a sabiq bankirin yaxınları verib.

Bildirildiyinə görə, bütün israrlarına baxmayaraq C.Hacıyev həkimlə təmin olunmayıb.

Xatırladaq ki, bir neçə gün öncə saytımıza müsahibə verdiyi üçün Cahangir Hacıyev “kars”a salınmışdı. Bir müsahibəyə görə bu cür cəzalandırılmasına etiraz edən məhbus aclıq aksiyasına başlamışdı.

Onsuz da bir sıra xəstəliklərdən əziyyət çəkən sabiq bankirin aclıq aksiyası keçirməsinin səhhətini daha da pisləşdirdiyi güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 767          Tarix: 30-09-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma