Xəbər lenti

 “Misir və İsrail 2015-ci ildə ABŞ prezidenti Barak Obama hakimiyyətini İranı bombalamağa məcbur edirdi”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonda keçirilən toplantıda bildirib.

“Misir və İsrail Tehranla 2015-c il iyulun 15-də İranın nüvə proqramına dair Əhatəli Razılaşma sənədi imzalanmazdan əvvəl bir çox kral və dövlət başçısı ABŞ-a “İranın anlayacağı yeganə dil bombalama” olduğunu təklif edirdi. İsrailin baş naziri Benyamin Netanyahu İrana hücum etmək üçün ABŞ-ı təxirabata çəkirdi. Bunun tələ olduğunu düşünürdüm. İranın 10-15 ilə nüvə silahı əldə edib-etməyəcəyini bilmirəm. Ancaq 2015-ci ildə imzalanan razılaşma ABŞ-ın əldə edə biləcəyi anlaşmadır”, - keçmiş dövlət katibi vurğulayıb.

Qeyd edək ki, 2015-c il iyulun 15-də İranın nüvə proqramı ilə bağlı ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çinlə Tehran hakimiyyəti arasında Əhatəli Razılaşma sənədi imzalanıb. Bu razılaşmaya əsasən, İrana tətbiq edilən bir sıra iqtisadi sanksiyalar aradan qaldırılıb. İran isə nüvə proqramını dayandırıb. ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bu razılaşmanı tənqid edib və bu müqavilədən çıxacaqlarını bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 29-11-2017, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma