Səudiyyə Ərəbistanı, Kuveyt və Bəhreyn öz vətəndaşlarını Livandan çıxmağa çağırıb.
Publika.az xarici mediaya istinadən bildirir ki, Livan yenidən məzhəb savaşının astanasında dayanıb. Çağırışdan sonra artıq çox sayda əcnəbi öz ölkələrinə geri dönüb.
Bu savaşa təhrik edən tərəflərin Səudiyyə Ərəbistanı və İran olduğu ehtimal olunur. Daha əvvəl xəbər verdiyimiz kimi, belə ehtimalı Livanın “Hizbullah” təşkilatının lideri Həsən Həsrullah irəli sürüb.
Səudiyyə Ərəbistanının Livan xalqı və “Hizbullah”a qarşı müharibə elan etdiyini iddia edən Nəsrullah Ər-Riyadda olarkən istefa verən Livanın baş naziri Saad Həririnin ev həbsində saxlanıldığını bildirib. O, bu məsələdə İsrailin də barmağının olduğunu deyib.
Beləliklə, sünni-şiə savaşı indi də Livanda baş qaldırıb.
Maraqlıdır ki, "Hizbulah" təşkilatı da İraq və Suriyadakı döyüşçülərinə təcili olaraq Livana gəlmələrinə əmr verib. Livana qayıdan silahlıların bir hissəsi artıq İsraillə sərhədə toplaşıb.
Məlumat üçün bildirək ki, etnik baxımdan Livan əhalisinin 93 faizi ərəb, 6 faizi isə ermənidir. Dini baxımdan isə ölkə daha rəngarəngdir. Belə ki, ölkə əhalisinin 26 faizi sünni, 27 faizi şiə, 7 faiz druza, 23 faiz xristiandır.
Livan parlamentində 6 nəfər erməni deputat var və erməni dili Liavanda ərəb və fransız dilləri ilə yanaşı rəsmi dil sayılır.
Paylaş: