Xəbər lenti

  

Amerikalıların müzakirə mövzusunu yenidən gündəmə gətirməkdə əsas məqsədi öz istəklərini zorla diktə etmək və maksimum təzyiqin İrana təsir göstərdiyini sübuta yetirməkdir.

Ovqat.com xəbər verir ki, bunu İranın dini lideri Əli Hüseyn Xamenei deyib.

Ötən çərşənbə çoxsaylı tərəfdarları ilə görüşdə dini lider qeyd edib ki, ölkədəki problemlərin yeganə həlli yolu xalqa və gənclərə arxalanmaq və daxili imkanları ciddiyə almaqdadır.

Xamneinin rəsmi saytında dərc olunan xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

 O, amerikalıların müzakirə mövzusunu yenidən gündəmə gətirməkdə hansı məqsədləri güddüklərinə aydınlıq gətirərkən bilirdi ki, onların müzakirə hiyləsinin məqsədi öz istəklərini zorla diktə etmək və maksimum təzyiqin İrana təsir göstərdiyini sübuta yetirməkdir: “Maksimum təzyiq siyasətinin İran xalqının nəzərində azacıq da olsa, dəyəri yoxdur. İslam Respublikasının bütün məsul işçiləri yekdilliklə bildirirlər ki, ABŞ-la heç bir müstəvidə müzakirə olmayacaq”.

İslam İnqilabının Rəhbəri elmi-teoloji müəssisələrdə yeni tədris ilinin əvvəlinə təsadüf edən “Fiqhin xaric dərsi” fənindən oxuduğu mühazirəsinə başlamazdan əvvəl bu ilki məhərrəm ayında Həzrət Əbaəbdillaha (ə) həsr edilmiş matəm mərasimlərinin keçən illərlə müqayisədə daha gur keçdiyini qeyd etdi: “Bu məzmunlu həqiqət onun göstərir ki, xalqın Əhli-beytə (ə) bağlılığı möhkəmdir. Düşmənlərin müqəddəs dəyərlərə qarşı ardı-arası kəsilməyən təbliğatları və gənclərin diqqətini yayındırmaq üçün yaradılmış müxtəlif məşğuliyyətlər və diqqət yayındıran vasitələrin olmasına baxmayaraq, məhərrəm ayının gəlməsi ilə çoxu da gənclərdən ibarət olan böyük xalq izdihamı Hüseyn ibn Əlinin (ə) çadırına doğru hərəkət edir. Bizim xalqımız Həzrət Əbaəbdullahın (ə) çadırı altında öz hərəkətini davam etdirir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında günün bəzi mühüm məsələlərinə toxunaraq dedi: “İran xalqı düşmənin ölkəyə və müqəddəs dəyərlərə qarşı planlaşdırdığı irimiqyaslı, böyük və dərin təbliğatlarla qarşı-qarşıyadır. Təbii ki, ayrı-ayrı strukturlar, əsasən, gizli və yerin altı ilə hərəkət edən, bəzən də ölkənin hansı küncündəsə özünü büruzə verən bu dalğalar qarşısında ayıqdırlar. Ancaq mühüm olan xalqın roludur”.

O vurğuladı ki, ölkənin ayrı-ayrı sahələrinin yaxşılaşdırılması xalqdan, xüsusilə gənclərdən asılıdır: “Xalqın əzmi, qərarı, bəsirəti və imanı ölkəni arzuolunan nöqtəyə çatdıra bilər. Bu cəhətdən bütün mədəni, iqtisadi, sosial və təhlükəszilik sahələrindəki daxili imkanların ciddiyə alınması məsələsini zəruri hesab edir və buna əsaslanırıq”.

İslam İnqilabının Rəhbəri ölkənin elm və texnologiya sahəsindəki nailiyyətləri, habelə istehsal sahəsi ilə bağlı yaxşı xəbərlərdən danışaraq dedi: “İstehsal sahəsində diqqətdən kənarda qalan nüanslar olmuş və səhlənkarlıqlara yol verilmişdir. Ancaq arzuolunan məqsəd istiqamətində yaxşı fəaliyyətlər həyata keçirilməkdədir. Allahın izni ilə xalq bunun nəticələrini görəcəkdir”.

O vurğuladı ki, müxtəlif problemlərin həlli xalqın öz əlindədir: “Yada göz dikmək, filan-filan dövlətə ümid bəsləmək, başqaları ilə oturub-durmağa arxayın olmaq olmaz”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Təbii ki, bu, dünya dövlətləri ilə müzakirə və danışıq qapısının bağlanması demək deyil. Biz müzakirə, danışıq və məşvərət tərəfdarıyıq. Sadəcə, ölkənin işlərini digərləri ilə oturub-durmaqla şərtləndirmək olmaz. Nə qədər bacarırsınız, dünyanın imkanlarından isitfadə edin, ancaq ölkənin daxili işləri və problemlərin həlli xalqın əlindədir”.

O, İran İslam Respublikasının dünyadakı yeni söz və yoluna işarə edərək qeyd etdi ki, yadlar və Qərbin çürümüş kapitalist sisteminin bu qürurlu yolu yaxşı qarşılayacağı qeyri-mümkündür: “Onlar bacardıqları qədər düşmənçilik etmiş və etməkdədirlər, ancaq Allahn güc və qüdrəti sayəsində bu işlər bir nəticə verməmiş və verməyəcəkdir. Xalq öz düşmənlərinə, xüsusilə ABŞ-a qalib gələcək”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın İranla müzakirə mövzusunu yenidən gündəmə gətirmə məsələsinə işarə edərək dedi: “Hamı bilməli və diqqətli olmalıdır ki, bu bir hiylədir”.

İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin müzakirə məsəlsədindəki fərqli mövqelərinə işarə edərək dedi: “Gah deyirlər, ön şərtsiz müzakirə, gah da deyirlər, 12 şərtli müzakirə. Bu cür danışıqlar ya onların nizamsız siyasətlərindən irəli gəlir, ya da qarşı tərəfi çaşdırmaq üçün bir hiylədir. Təbii ki, İslam Respublikası çaşmayacaq. Çünki bizim yolumuz aydındır və nə etdiyimizi bilirik”.

O bildirdi ki, amerikalıların müzakirə məqsədi ədalətli yol tapmaq yox, öz istəklərini həyasızcasına diktə etməkdir: “ABŞ-ın müzakirə məqsədinin diktə olduğunu daha əvvəl demişəm. Ancaq onlar o qədər həyasızdırlar ki, bu gün bu gerçəyi özləri də etiraf edirlər”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın bir rəsmisinin “İranla dəyirmi masa arxasında əyləşməli, biz filan şeyləri deməli və İran da qəbul etməlidir” fikrinə işarə edərək dedi: “Bu cür müzakirələrdən ötrü onların sağmal inəyi kimi davranan insanlara üz tutmalıdırlar. İslam Respublikası möminlərin, Allah qarşısında təslim olanların respublikası, izzət ölkəsidir”.

Həzrət Ayətullah Xamenei mühazirənin davamında ABŞ-ın maksimum təzyiq siyasətinin məqsədlərinə, habelə İranın danışıqlar masasına cəlb edilməsi cəhdlərinə aydınlıq gətirərək dedi: “ABŞ dövlətinin siyasəti müxtəklif sanksiyalar, təhdidlər və axmaq danışıqlar çərçivəsində İrana maksimum dərəcədə təzyiq göstərməkdir. Çünki ABŞ-ın indiki hökuməti hesab edir ki, İslam Respublikasını əsassız və dildə deyilmiş sözlərlə diz çökdürmək, itaətə və qəbula vadar etmək olmaz”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Birləşmiş Ştatlar rejimi həm öz daxili rəqibləri, həm də avropalılara qəbul etdirmək istəyir ki, İranla mübarizə aparmağın yeganə yolu maksimum təzyiqdir”.

O, amerikalılar və onların müttəfiqlərinin İranın diz çökdürülüməsi istiqamətində qəti bir siyasət kimi həyata keçirilən maksimum təzyiqlərin nəticəsiz qalması ilə bağlı etiraflarına işarə edərək dedi: “Onların müzakirə və danışıqlar aparmaqda məqsədi budur ki, hər kəsə maksimum təzyiqin nəticə verdiyini, İslam Respublikasının “müzakirə etməyəcəyik” deyən rəhbərliyinin müzakirə masasına əyləşmək məcburiyyətində qaldığını sübuta yetirməkdir. Buna görə də İranla mübarizə aparılmasının yeganə yolu maksimum təzyiqdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər düşmən maksimum təzyiqin İran işinin əlacı olduğunu və İrana təsir göstərdiyini sübuta yetirə bilsə, əziz İran və xalqımız artıq rahatlıq üzü görməyəcək. Çünki ABŞ-ın imperialist siyasətlərinin hamısının arxasında bu duracaq. Bundan sonra İslam Respublikasından quldurcasına hər nə istəsə və biz də göz üstə desək, məsələ tamamdır, yox əgər “yox” desək, yenidən maksimum təzyiq başlayacaq”.

O, amerikalıların müzakirə və görüşməkdə israrlı olması və bəzi avropalıları da vasitəçi salmasının səbəbinin bu çərçivədə baş verdiyini dedi: “Mən başqa bir vaxt avropalılarla bağlı danışacağam, amma onların “Əgər ABŞ prezidenti ilə bir görüş təşkil etsəniz, bütün problemləriniz həll olacaq” məzmunlu israrlarının səbəbi budur ki, İrana qarşı təzyiqin uğurlu bir siyasət olduğunu və bu siyasətdən istifadə edilməsinin zəruriliyini sübuta yetirsinlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Biz də qarşılığında sübut etməliyik ki, İrana qarşı həyata keçirilən maksimum təzyiq siyasətinin az da olsa, dəyəri yoxdur”.

Həzrət Ayətullah Xamenei ABŞ-la müzakirə mövzusunda verdiyi açıqlamaları iki cümlə ilə xülasələşdirdi: 1. ABŞ-la müzakirənin mənası onların istəklərinin İslam Respublikasına diktə edilməsi deməkdir; 2. Müzakirə ABŞ-ın maksimum siyasətinin uğurunu nümayiş etdirməkdir.

O əlavə etdi: “Ölkə prezidentindən tutmuş xarici işlər naziri və digərlərənə qədər, bütün ölkə rəhbərliyi bir ağızdan elan edirlər ki, ABŞ-la nə ikitərəfli, nə də çoxtərəfli müzakirə aparacağıq”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər ABŞ öz sözünü geri götürüb tövbə etsə və pozduğu nüvə razılaşmasına yenidən qayıtsa, o zaman İranla söhbət edən razılaşmya üzv olan ölkələrin toplantısında iştirak edə bilər. Əks təqdirdə nə Ny-Yorkda, nə də başqa bir yerdə İslam Respublikası və amerikalılar arasında heç bir müstəvidə heç bir müzakirə baş tutmayacaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, keçən 40 il ərzində İslam Respublikası müxtəlif növ hiylələrlə qarşılaşmış və düşmənlər əziz İranı məğlub edə bilməmişlər: “Onların siyasətləri bir-birlərinin ardınca İslam Respublikasının siyasətlərinə məğlub olmuşdur. Bundan sonra da İslam Respublikası Allahın güc və qüdrəti sayəsində onları məğlub edəcək və meydandan qalib və başıuca çıxacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 22-09-2019, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma