İsrailin Baş naziri Binyamin Netenyahu çərşənbə günü bəyan edib ki, İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək.
«AzPolitika.info» xəbər verir ki, Netenyahu özünün «Tvitter» səhifəsində İranın Ali dini rəhbəri Ayətullah Xameneiyə cavab olaraq, belə yazıb: «Srağagün ayətullah Əli Xamenei İsrail dövlətini məhv etmək niyyətində olduğunu bildirib. Dünən o, bunu necə edəcəyini söyləyib – uranın qeyri-məhdud miqdarda zənginləşdirilməsindən istifadə edərək, nüvə bombaları arsenalı yaratmaqla. Biz təəccüblənmirik. İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək».
Bundan əvvəl, İranın atom energetikası Təşkilatının rəhbəri Əli Əkbər Salehinin bəyan etdiyi kimi, çərşənbə günü axşam Tehran sentrifuqa istehsalı üzrə Natanz şəhərindəki (ölkənin şimalı) mərkəzin açılışını elan edə bilər.
O, əlavə edib ki, İran 1-2 ay ərzində uranın zənginləşdirilməsi üzrə şəraiti 190 min ERR (sentrifuqanın güc göstəricilərindən biri və izotopların bölünməsi işinin vahidi) səviyyəsinə çatdıra bilər.
Salehinin sözlərinə görə, bundan əvvəl İranın dini lideri və rəhbəri Əli Xamenei nüvə proqramı işinin sürətləndirilməsi barədə göstəriş verib.
Paylaş: