Xəbər lenti

 

ABŞ hərbi-hava qüvvələri düşmənlərinə qarşı süni intellekt və kommunikasiyadan da istifadəni nəzərdə tutan yarı-avtomatik yüksək dəqiqlikli “Golden Horde” (“Qızıl Orda”) silah sistemini yönəltmək istəyir.

Bu barədə Amerikanın “Popular Mechanics” nəşri məlumat verir.

Nəşr bildirir ki, Pentaqonun üzərində çalışdığı “Golden Horde” bir hədəfi üç raketlə məhv edə bilir. Əgər onlardan biri hədəfi aradan götürürsə, digər ikisindən ərazinin kəşfiyyatı üçün istifadə oluna bilər. Bundan sonra operator müvafiq məlumatları əldə edərək, onların döyüş tətbiqi barədə qərar qəbul edə bilər.

Qeyd edilir ki, “Golden Horde” sursat xərclərini azaltmağa, düşmənin məhv edilmiş hədəflərinin sayını artırmağa və onun raket hücumuna qarşı müdafiə imkanlarını minimuma endirməyə imkan verəcək.




Ana səhifəyə qayıt        Baxış: 181          Tarix: 7-12-2019, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma