Xəbər lenti

ABŞ Dövlət Departamenti Bəhreynə dəyəri 3,8 milyard dollardan çox olan silah, o cümlədən "F-16" qırıcılarının mümkün satışı üzrə sövdələşməni təsdiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerikanın Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı üzrə Agentliyinin (Defense Security Cooperation Agency, DSCA) məlumatında bildirilir.

Qeyd olunur ki, sövdələşmənin qiymətləndirmə dəyəri 2,785 milyard dollardır.

"Foreign Military Sales" hökumət proqramı çərçivəsində həmçinin başqa silahlar, xüsusilə 27 milyon dollar həcmində "Toy" raketləri və 60,25 milyon dollar dəyərində gözətçi katerlərinin satışı planlaşdırılır.

Silah satışında məqsəd Bəhreynin regional təhlükənin qarşısını almaq və öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 9-09-2017, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma