Xəbər lenti


Koronavirusun tüğyan etdiyi İtaliyaya hərbi həkim və tibbi ləvazimat göndərən Rusiya bu ölkəyə humanitar yardım adı altında casuslar göndərməkdə ittiham olunur. 
Belə iddia ilə İngiltərənin “Daily Mail” qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, kimyəvi silah mütəxəssisləri “İtaliyaya göndərilən rus həkim və hərbçilərin kəşfiyyat məlumatı toplamadığını düşünməkdə fayda olduğunu” düşünürlər.
İngiltərənin kimyəvi silah mütəxəssisi Bretton Gordon İtaliyadakı koronavirusla mübarizəyə başlayan rus dəstəyi haqqında diqqətçəkən iddialar ortaya qoyub.
Onun fikrincə, şübhə yoxdur ki, həkimlər arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) casusları var.
Qeyd edək ki, Rusiya İtaliya hökumətinin tələbi əsasında martın 22-dən bu ölkənin Lombardini regionuna tibbi ləvazimatlar və həkimlərin olduğu 15 təyyarə göndərib.
/Azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 5-04-2020, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma