Xəbər lenti

 

İngiltərənin "Daily Express" qəzetində Türkiyə ilə bağlı ilginc iddia əksini tapıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, qəzetin yazdığına görə, Türkiyə atom bombası layihəsi üzərində çalışır. Qeyd olunur ki, Avropa Birliyi ilə münasibətlərdə gərginlik yaşayan Türkiyə hərbi gücünü sürətlər arıtırır. Bu məqsədlə Türkiyə atom bombasına sahib olmaq üçün cəhdlər göstərir.

Maraqlıdır ki, qəzet bu məlumatları Türkiyə və onun indiki hakimiyyətinə qarşı qərəzli münasibətdə olan FETÖ-nün media siyasətini yönləndirən və hazırda axtarışda olan Abdullah Bozkurta istinadən yayıb.

Bozkurt qeyd edib ki, Türkiyə silah istehsalını gücləndirir, cəbhəxanasını zənginləşdirir, hətta atom bombasına sahib olmaq fikirinə düşüb.

Qeyd edək ki, son illər Türkiyənin dünyada artan nüfuzu fonunda Qərb mediasında bu ölkənin əleyhinə ciddi kampaniya aparılır. Türkiyənin guya atom bombası proqramına sahib olması da bu kampaniyanın tərkib hissəsidir.




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 10-08-2017, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma