Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
ABŞ-ın “Gilead Sciences” əczaçılıq şirkəti COVID-19 virusunun yaratdığı xəstəliyə qarşı mübarizədə istifadə olunan preparata görə inkişaf etmiş ölkələr üçün vahid qiymət müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, şirkətin mətbuat xidmətinin bu gün yaydığı açıqlamaya görə, “Remdesivir” adlı preparatın 1 ampulu 390 dollar təşkil edir.
“Biz inkişaf etmiş ölkələr üçün qiyməti ən aşağı alıcılıq qabiliyyətinə uyğunlaşdırmaq üçün endirmişik. Bu qiymət “Remdesivir”in istifadəsinə icazə verilən bütün inkişaf etmiş ölkələr üçün eyni olacaq. Bir ampul üçün 390 dollar həcmində qiymət səhiyyə sahəsində xalis və təcili qənaətə imkan verəcək”, - deyə, açıqlamada qeyd olunub.
“Gilead Sciences”in məlumatına görə, “Remdesivir”dən istifadə koronavirusa yoluxmuş insanlarda sağalma müddətini 4 günə endirməyə imkan verir.
Orta hesabla bir nəfərin bu dərmanla 5 günlük müalicə kursunda 6 ampuldan istifadə olunur. Bu isə 1 nəfərin “Remdesivir”lə müalicəsinin 2340 dollara başa gəlməsi deməkdir. Şirkətin hesablamalarına görə, bununla da ABŞ xəstəxanaları bir koronaviruslu xəstənin müalicəsində 12 min dollara qənaət etmiş olacaq.
Qeyd edək ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Hindistan, İsrail və Böyük Britaniya hökumətləri “Remdesivir”in koronaviruslu xəstələrin müalicəsində istifadəsinə icazə veriblər. Bu preparat ilk olaraq ebolanın səbəb olduğu qızdırmanın müalicəsi üçün yaradılıb. Lakin onun koronavirusa qarşı daha effektiv nəticə verdiyi üzə çıxıb.
Dünya,
Müsavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar