![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 12:59
Dünən, 09:12
17-02-2025, 23:57
17-02-2025, 22:52
17-02-2025, 21:16
17-02-2025, 19:18
17-02-2025, 18:49
17-02-2025, 18:17
17-02-2025, 17:14
17-02-2025, 16:47
17-02-2025, 15:35
![](/uploads/posts/2020-09/1599572258_1929a748ac6e44751ab2d91cad5fc35a.jpg)
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya televiziyalarına müsahibə verib.
Lukaşenko hər bazar günü, ona qarşı on minlərlə insanın iştirak etdiyi mitinqlər zamanı prezident rezidensiyasında əlində avtomatla görünməsinin səbəblərini açıqlayıb.
“Mənim avtomatla gəzməyimin yalnız bir səbəbi var- mən heç bir yerə qaçmıram və ölkəmi sona qədər müdafiə etməyə hazıram”,-deyə o qeyd edib.
Belarus lideri düşünülənlərin əksinə olaraq, öz xoşu ilə hakimiyyətdən getməyəcəyini bildirib.
“Heç kim mənim sakit şəkildə gedəcəyimi zənn etməsin. Mən 25 ildir ki, Belarusu qururam. Ona görə heç kəsi atıb gedə bilmərəm. Əgər hakimiyyəti buraxsam bütün tərəfdarlarımı qıracaqlar”,-deyə o, “Qovorit Moskva” radiostansiyasının redaktoru Roman Babayana açıqlayıb.
Bundan başqa “Batka” ona qarşı təşkil edilən kütləvi etiraz aksiyalarının arxasında ABŞ, Polşa və Çexiyanın dayandığını, habelə etirazçıların bir çoxunun son illərdə formalaşan “burjuylardan” ibarət olduğunu söyləyib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər