Xəbər lenti

 
Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxub.
 
Ovqat.com xəbər verir ki, bunu Prezidentin özü açıqlayıb.
 
İbrətamizdir ki, Belarus lideri öz laqeydliyinin güdazına gedib. Zira dünya koronavirus pandemiyası səbəbindən bir-birinə dəysə də, Belarus epidemiyaya qarşı heç bir tədbir görməmək və “əsrin vəbası”na qarşı meydan oxuması ilə diqqət çəkmişdi. İndisə Lukaşenkonun bu “umursamazlığı” deyəsən öz başında çatlayıb.

Allah axırını xeyir eləsin.


Ana səhifəyə qayıt        Baxış: 3 622          Tarix: 28-07-2020, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma