Xəbər lenti
"Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verilib. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir".
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan torpaqlarının işğalına son qoymaqdan ibarətdir.

H.Hacıyev xatırladıb ki, Azərbaycan həm dövlət başçısı, həm də Dağlıq Qarabağın azərbaycanlı icması timsalında Qarabağda iki xalqın dinc yaşamasına dəfələrlə çağırış səsləndirib: “Əfsuslar olsun ki, bizim bu çağırışlar qulağardına vuruldu. Gəncəyə son hücumlardan da göründüyü kimi, Azərbaycanın məhz dinc əhalisi həyat təhlükəsilə üzləşir. Azərbaycanlı qaçqınların, məcburi köçkünlərin də hüquqları təmin olunmalıdır. Ermənistan tərəfi Azərbaycanda mümkün qədər çox insanı öldürməyə çalışır, bunun başqa adı yoxdur. Halbuki beynəlxalq hüquq normalarına görə münaqişə tərəfləri mülki və hərbi obyektlər arasında dəqiq fərq qoymalıdır. Ermənistan isə bu fərqi qoymur. Beynəlxalq sənədlər dinc şəhər və kəndlərə hücumları, bombardmanı qadağan edir”.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərinə dair mövcud dəlil-sübutları toplanıb və təqsirkarları məsuliyyətə cəlb etmək üçün müvafiq qaydada aidiyyəti beynəlxalq qurumlara təqdim ediləcək.
“Bununla yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma rejim yaratdığına görə də Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır”, - H.Hacıyev qeyd edib.

“Biz döyüş meydanında ölmüş əsgərlərin cəsədlərini dövlət sərhədinin Tovuz rayonu ərazisindəki dəhliz vasitəsilə Ermənistan tərəfinə verməyə hazır idik. Təəssüf ki, onlar bundan imtina edərək məsələyə hansısa siyasi don geydirməyə çalışırlar”, - H.Hacıyev vurğulayıb.

azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 723          Tarix: 19-10-2020, 18:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma