Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Zaur Məmmədov: “Armen Sərkisyan müxtəlif ölkələrin liderlərinə zəng edərək əslində münaqişəni qızışdırmaqla məşğuldur”
Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib ki, Qarabağda sülh alınmasa, Ermənistan “dqr”in müstəqilliyini tanıya bilər. Erməni prezidentin bu bəyanatı işğalçı ölkənin dialoq və danışıqlardan tamamailə uzaq mövqedə olduğunu nümayiş etdirir. Bəs işğalçı Ermənistan “dqr”in “müstəqilliyi”ni tanımaq kimi avantüraya getsə, cəbhədə və beynəlxalq aləmdə nə dəyişə bilər?Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan prezidenti Armen Sərkisyan da baş nazir Nikol Paşinyanın yolu ilə gedir, sülh tərəfdarı olmadığını açıq ortaya qoyur. Armen Sərkisyan təxribatçı bəyanat və davranışlarına görə Nikol Paşinyandan geri qalmır: “Onun Paşinyan kimi səfeh, vəziyyəti daha da gərginləşdirəcək bəyanatlarını, müsahibələrini görürük. Armen Sərkisyan müxtəlif ölkələrin liderlərinə zəng edərək əslində münaqişəni qızışdırmaqla məşğul idi. Ermənistanın ”dqr"i tanıya biləcəyi barədə bəyanatı isə əvvəla, gülüncdür. Çünki olmayan “respublika”nın “müstəqilliyi” necə tanına bilər? Azərbaycan işğal altındakı torpaqlarını azad edir və separatçılar ərazilərə nəzarəti itirməkdədirlər.
Belə bir reallıq ortada olduğu bir zamanda Armen Sərkisyanın hansısa xəyallar qurması elə xəyal olaraq da qalacaq. Armen Sərkisyan baxmayaraq ki, Qərbdə uzun müddət diplomat olaraq işləyib, amma deyəsən, hələ də başa düşmür ki, Dağlıq Qarabağı dünya ictimaiyyəti Azərbaycanın ərazisi olaraq rəsmən tanıyır. Bu adam diplomat olsa da anlamır ki, Azərbaycan öz ərazisində istədiyi hərbi əməliyyat keçirmək hüququna malikdir və bu hüüququ beynəlxalq konvensiyalar Azərbaycana verir".
Politoloq vurğuladı ki, Ermənistan hətta “dqr”i tanımaq kimi avantüraya getsə belə, heç bir normal ölkənin onu tanıması perspektivi yoxdur: “Beynəlxalq birliyin Ermənistanın belə bir avantürasına müsbət yanaşması mümkün deyil. Ermənistanın belə bir addımı atması müharibəni daha da alovlandıracaq və Ermənistanın bütün işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasını bir qədər də tezləşdirəcək. Beynəlxalq müstəvidə isə Ermənistanın durumunu bir qədər də ağırlaşdıracaq.
Ermənistan Armen Sərkisyanın dilə gətirdiyi addımı atsa, Azərbaycanın döyüş takikasında bir sıra dəyişikliklər ola bilər və Ermənistan xalqı daha böyük fəlakətlə üz-üzə qalar”.
Z.Məmmədovun sözlərinə görə, Armen Sərkisyanın o cür bəyanat verməsi bir daha dünyaya göstərir ki, Ermənistan konstruktiv deyil, dialoqa hazır deyil: “Armen Sərkisyan Nikol Paşinyan kimi avantüristin başına ağıl qoymaq əvəzinə, dialoqu reallaşdırmağa çalışmaq əvəzinə separatçıların tanınması məsələsini qaldırır. Bu, bir daha göstərir ki, Ermənistanda hakimiyyətdə kim olur-olsun onlar konstruktiv mövqedə olmayacaqlar və sülh danışıqlarına hazır deyillər. Onlar bu mövqeləri ilə müharibədən başqa yol qoymurlar.
Ermənistana rəhbərlik edənlər fərqində deyillər ki, bu gün yeni dünya düzəni qurulur və yenu dünya düzənində Ermənistanın işğalçılıq ideologiyasına kömək edənlər olmayacaq. Azərbaycanın mövqeləri isə daha da möhkəmlənəcək. Armen Sərkisyan xəyallardan real həyata keçsə ölkəsinə xeyir verər. Nə qədər ki, boş xəyalların təsiri altında davranır, o da ölkəsini Paşinyan kimi batıracaq”.
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar