Xəbər lenti

 

Ermənistan Prezidenti Armen Sarkisyan işğal altındakı Fələstin torpaqlarına səfər reallaşdırıb.
 
Səfər çərçivəsində Armen Sarkisyan işğalçı İsrail rejimi rəsmiləri tərəfindən çox mehribancasına qarşılanıb.
 
Hətta işğal altındakı Qüds şəhərinin qala divarları üzərinə erməni bayrağı asılıb və erməni dilində "Qüdsə xoş gəldiniz" sözü yazılıb.
 
Bundan əlavə işğalçı Ermənistanın Prezidenti Armen Sarkisyan Qüdsdəki qala divarları üzərindəki bayrağı və yazını öz rəsmi "instagram" hesabında da paylaşıb.
 
İşğalçı İsrail rejiminin Parlamenti hesab olunan Knessetin sədri Yuli Yoel Edelstein də Armen Sarkisyanla görüşü zamanı bunları dilə gətirib: "Bizim ölkəmizdə sizi qonaq etmək böyük şərəfdir. Hər nə qədər hüzünlü hadisə çərçivəsində görüşsək də ziyarətiniz üçün çox xoşbəxtik".




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 26-01-2020, 06:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma