Xəbər lenti

 

Armen Sərkisyan Azərbaycan və Türkiyədəki heç bir layihəyə investisiya yatırmayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezidenti Armen Sərkisyanın mətbuat xidməti yayıb.

“Prezident Sərkisyan və ailə üzvləri Azərbaycan və Türkiyəyə birbaşa və dolayı yolla heç bir yatırım etməyib. Armen Sərkisyan heç vaxt BP-nin səhmdarı olmayıb", – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistanın eks-prezidenti Robert Köçəryanın dəstəklədiyi Adekvad Partiyasının nümayəndələri Armen Sərkisyanın ofsinin qarşısında eiraz aksiyası təşkil etmiş və A.Sərkisyanı Azərbaycan və Türkiyəyə investisiya yatırmaqda ittiham etmişdilər. Onların iddiasına görə, Sərkisyan hələ Böyük Britaniya vətəndaşı olarkən bu biznesi qurub və ona görə hazırda Bakının və Ankaranın sifarişlərini icra edir.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 8-02-2020, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma