Xəbər lenti


Bir neçə Avropa ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqələrini bağlamaqla bağlı qərar qəbul edib.

Bu qərar Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkar olunması ilə bağlıdır.  

Niderland hökuməti 1 yanvara kimi oradan gələn təyyarələri qəbul etməyəcək. Qərar bu gün səhərdən qüvvəyə minib. Hökumət nümayəndələri açıqlayıb ki, bu qərar müvəqqətidir, hələ ki, virusun yeni mutasiya forması üzərində araşdırma aparılır.

Belçika da Niderlandın ardınca Böyük Britaniya ilə sərhədləri bağlayıb.

İtaliya da adı çəkilən ölkələrdən nümunə götürüb. Bu barədə ölkənin xarici işlər naziri Luigi Di Maio məlumat verib.  /APA



Ana səhifəyə qayıt        Baxış: 1 791          Tarix: 20-12-2020, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma