Xəbər lenti


Avropa İttifaqı ilə Böyük Britaniya arasında “Brexit”dən sonrakı keçid dövrü çərçivəsində ticarət əlaqələrini uzatmaq mümkün deyil.
“Report” “1prme”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi brifinq zamanı bildirib:
“Böyük Britaniya ilin sonunda vahid bazarı tərk edir.

Tərəflər arasındakı keçid dövrünü uzatmaq imkanı yoxdur. Yanvarın 1-dək razılığa gəlməyə səy göstəririk”.

Xatırladaq ki, Avropa İttifaqı ilə bu il üzvlükdən çəkilmiş Böyük Britaniya arasında davam edən və bu il 31 dekabr tarixində başa çatacaq keçid dövrü zamanı Birləşmiş Krallıq Aİ üzv ölkələrinə dair qaydalardan yararlanır, vahid bazar çərçivəsində rüsum və kvot ödəmədən ticarətlə məşğuldur. Keçid dövrü başa çatandan sonra həmin qaydalar qüvvədən düşür. Tərəflər arasında yeni ticarət sazişilə bağlı aylardır davam edən danışıqlar hələ də nəticə vermir.



Ana səhifəyə qayıt        Baxış: 1 718          Tarix: 23-11-2020, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma