Xəbər lenti


   Qərbin, eləcə də Rusiyanın bəzi xüsusi xidmət əməkdaşları Ukraynaya təcavüz fonunda Putinin ağır xəstəlikləri haqda sürəkli informasiyalar yayımlanmasını Kremlin müəyyən hədəflərə yönəlmiş manipulyasiyalarının tərkib hissəsi hesab edir... Odur ki, bu cür informasiyalara birmənalı qəbul etmək olmaz...

Kuba prezidenti ilə görüşdə Putin yenə ayaqlarını o tərəf-bu tərəfə oynadıb və bu, Rusiya prezidentinin xərçəng xəstəliyindən əziyyət çəkə biləcəyi ilə bağlı şayiələri yenidən gücləndirib.
 
Moderator.az xəbər verir ki, bu haqda Britaniyanın "The Mirror" nəşri yazır.
Kremlin saytında yerləşdirilmiş videoda Putin və Kuba prezidenti Migel Dias-Kanel Bermudes Moskvada Kuba lideri Fidel Kastronun abidəsinin açılışı zamanı çıxış edirlər. Kubalı inqilabçının bürünc heykəlinin açılışında söhbət iki ölkə xalqları arasında “ənənəvi dostluq”dan gedirdi...
 
İngilis nəşri yazır:
 
"Videodan görünür ki, Putin özünü yöndəmsiz hiss edir və əli ilə stuldan yapışır. Rusiya prezidentinin əli nəzərəçarpacaq dərəcədə göyərib və o, Kuba rəhbərliyinin nümayəndəsinin yanında büzüşmüş görünürdü..."
 
 "The Mirror" Putinin üzü şiş və solğun olduğunu da vurğulayır.
 
Xatırladaq ki,  Putinin Şoyqu ilə görüşlərindən sonra çoxları diktatorun masanın kənarından necə möhkəm yapışdığına diqqət çəkib. Qeyri-verbal ünsiyyət üzrə ekspert Valentin Kim videonu təhlil edərək öz hökmünü verib...
 
Zəruri şərh: 
 
Qərbin, eləcə də Rusiyanın bəzi xüsusi xidmət əməkdaşları Ukraynaya təcavüz fonunda Putinin ağır xəstəlikləri haqda sürəkli informasiyalar yayımlanmasını Kremlin müəyyən hədəflərə yönəlmiş manipulyasiyalarının tərkib hissəsi hesab edir... Odur ki, bu cür informasiyalara birmənalı qəbul etmək olmaz...

 

Sultan Laçın





Ana səhifəyə qayıt        Baxış: 3 271          Tarix: 26-11-2022, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma