Xəbər lenti
 

Türkiyədə keçirilən referendumun nəticələrinə etiraz edilməsi üçün bütün hüquqi yollar bağlanıb. Bundan sonra etirazlar da nəticəsiz qalacaq. Türkiyənin demokratikləşməsi sahəsində tıxanıqlıq mövcuddur.  Deməli, geriyə ya vətəndaş müharibəsinin çıxarılması, ya da onun (Ərdoğanın) öldürülməsi qalır".
Ovqat.com Strateq.az-a istinadən xəbər verir ki, bu qanlı təklifi Fransa Beynəlxalq Əlaqələr İnstitutunin (IFRI) siyasət elmləri üzrə mütəxəssisi Filippe Moreau Defarges irəli sürüb.
Fransanın xəbər və iqtisadiyyat tele-kanalı “BFM Business”in "Dünyada 7 Gün" adlı proqramına qonaq olan Defargesin bu sözləri verilişin aparıcısını da təəccüblənib. Özünü saxlaya bilməyən aparıcının "bu cinayəti legitimləşdirmək cəhdidir” şəklindəki etirazına Defargesin verdiyi cavab da öz fikirlərində ciddi olduğunu sübuta yetirir. Defargesin fikrincə, bu üsul və onun üzərində müzakirələr əsrlərdən bəri davam edir və böyük dinlərdə belə, bu istiqamətdə təlimatllar var.



Ana səhifəyə qayıt        Baxış: 1 335          Tarix: 23-04-2017, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma