Xəbər lenti
 
Eks-spiker Rəsul Quliyev də Türkiyədə keçirilən referendumla bağlı öz mövqeyini açıqlayıb.
Ovqat.com xəbər verir ki, o, dünən facebook səhifəsində paylaşdığı statusda Ərdoğanın referendumun bu nəticəsini görəndən sonra diktatura qurmaqdan vaz keçəcəyinə inandığını bildirib.
Status-bəyanatı təqdim edirik:
“Prezident Ərdoğan 51.4 faizlə referendumu uddu. Fikirimcə, o, referendumun nəticələrindən sonra diktatura qurmaq fikirindən vaz keçəcək. Çünki Ərdoğan təqribən əhalinin 30 faiznin yaşadığı ən böyük şəhərlər İstanbul, Ankara, İzmir, Adana, Antaliya, Diyarbakr və daha bir neçəsində referendumu uduzdu. Yəni intellektual potensiallı şəhərlərin əksəriyyəti Ərdoğana “yox” dedi.
Ərdoğan diktatura qurmaqdan vaz keçməsə, böyük müqavimətlə rastlaşacaq. Növbəti parlament seçkilərində, çox ehtimal, onun partiyası uduzacaq”.



Ana səhifəyə qayıt        Baxış: 2 679          Tarix: 17-04-2017, 07:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma