Xəbər lenti

 Zeynəl bəyin Türkiyədəki 634 illik türbəsinin yeri dəyişdirilib.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, Zeynal bəyin türbəsi Həsənkeyf Mədəniyyət Parkında yerləşdirilib. Türbənin dağılmadan daşınması üçün Türkiyə dünyanın ən müasir texnologiyalarından istifadə edib.

Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib.

Qeyd edək ki, Zeynal bəy Azərbaycanın böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı ilə Ağqoyunlu arasında olan məşhur Otluqbeli savaşında həlak olub.




Ana səhifəyə qayıt        Baxış: 794          Tarix: 13-05-2017, 22:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma