Xəbər lenti
 
“Molla Nəsrəddin”lə başlayıb “Kirpi”ylə davam edən və oxucularını düşündürməklə bərabər güldürən Azərbaycan satirik mətbuatının müdavimləri arasında söz güləşi davam edir.
Bir müddət əvvəl satirik yazar Məmməd Əfşanın “Kirpi” jurnalında baş verənlərlə bağlı qələmə aldığı və saytımızda dərc olunan sərt yazıya qarşı tərəfin cavabı özünü çox gözlətməmişdi. Adının açıqlanmasını istəməyən bir mənbəmiz Məmməd Əfşanın “Gömrük işçisi “Kirpi”ni ələ keçirmək istəyir – QALMAQAL” sərlövhəli yazısına etirazını bildirərək, onun bir ay öncə mərhum Polad Qasımovun xatirəsinə yazdığı nekloroqu e-mail ünvanımıza göndərmışdi. Biz də qarşı tərəfin mövqeyini işıqlandırmaq məqsədilə həmin nekloroqu “Redaksiyamıza göndərilən məktubdan: “Məmməd Əfşan bir ay əvvəl ayrı sözlər yazmışdı”-Polemika” sərlöbhəsilə dərc etmişdik.
Bu gün Ovqat.com-la əlaqə saxlayan tanınmış satirik Məmməd Əfşan həmin irada öz münasibətini bildirib.  O, mərhum Polad Qasımova həmişə xoş münasibətdə olduğunu xatırladaraq, ittihamlarını keçmiş həmkarına deyil, son zamanlar “Kirpi” jurnalını ələ keçirən qeyri-peşəkarlara ünvanladığını deyib.
Uzun-uzadı şərhə ehtiyac duymadan Məmməd Əfşan bəyin mövqeyilə oxucularımızı tanış edirik:
“Rəhmətlik Polad Qasımov Allah dərgahına köçən günü ilk nekroloqu mən yazıb və paylaşmışam. Mən onunla həmışə xoş münasibətdə olmuşam və bunları həmin nekroloqda demişəm.
Onu da bildirirəm ki, "Kirpi" jurnalında Sovet dönəmində işləmişəm və redaksiyadan 30 ilə yaxındır ki, uzaqlaşmışam. Mənim nə "Kirpi" jurnalına nə də ki onun baş redaktoru P.Qasımovla heç bir iddiam olmayıb.
Məni narahat edən Polad Qasımov rəhmətə gedəndən sonra 65-illik Azərbaycan satirasının başında duran bir jurnalın qeyri-peşəkar adamlar tərəfindən məhv edilməsidir. Bu barədə öz fikirlərimi ölkə mətbuatında qeyd etmişəm”.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 2 011          Tarix: 14-04-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma