Ötən gecə İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən 7 nəfərin şəxsiyyəti dəqiqləşdirilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində Şəki rayon sakini 53 yaşlı Abbasov Rahim Sərkər oğlunun idarə etdiyi 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” ilə Böyük Britaniya vətəndaşı 1965-ci il təvəllüdlü İnqland Vilyam Henrinin sürdüyü 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado”nun toqquşması nəticəsində ölən 7 nəfərdən 6-sı iki ailənin üzvü olub. Belə ki, toqquşma nəticəsində “Opel”in sürücüsü ilə yanaşı, sərnişinləri: 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.
Hadisəyə yolun sürüşkən olması şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Paylaş: