Xəbər lenti

 

Aptekə müştəri adı ilə girən şəxs digər müştərinin çantasını oğurlayıb.

Ovqat.com xəzərxəbər-ə istinadən məlumat verir ki, Sumqayıtda baş verən oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən an bə an lentə alınıb. Polis əməkdaşlarının araşdırmaları nəticəsində oğurluqun Sumqayıt sakini Azər Səfərov tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Goranboyun Qızılhacılı qəsəbəsində isə evdən oğurluq olub. Ev sahibi Ziya Abdullayev qonaqlıqdan qayıdarkən qapının açıq olduğunu görüb.

Zərərçəkənin sözlərinə görə, iki otaqlı evin yalnız biri hədəf seçilib. Həyətə daxil olanlar itə də zərbə endirib onu huşsuz vəziyyətə salıblar.

Hadisə yerinə polis əməkdaşları baxış keçirib, fakt araşdırılır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 29-04-2017, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma