Xəbər lenti

 

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan iki məhbusun paytaxtda müşayiət altından qaçması ilə bağlı saxlanılan Penitensiar Xidmət (PX) əməkdaşları Bakı İstintaq təcridxanasına köçürülüb.

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xdmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanovun hər biri barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib və onlar Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasından 1 saylı Bakı İstintaq təcridxanasına təhvil verilib.

Məlumata əsasən, həmin şəxslər təcridxananın təkadamlıq kameralarında saxlanılır.//Trend




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 25-10-2017, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma