Xəbər lenti

 

Bakı Dövlət Universitetinin (BDU) professoru Talətdin Bağırov vəfat edib.

Ovqat.com bildirir ki, Universitetdən Trend-ə verilən məlumata görə, T.Bağırov respublikanın tanınmış fizik alimi, BDU-nun Maddə quruluşu kafedrasının professoru, Fizika elmləri doktoru olub.

Talətdin Bağırov 20 may 1960-cı ildə Siyəzən rayonunun Dağ-quşçu kəndində anadan olub. 1982-ci ildə BDU-nun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə BDU-nun aspirantı olub. 1988-ci ildə "Temperatur, moçevina və qeyri-üzvi elektrolitlərin dekstranla bir sıra qeyri-ion polimerlərin uyuşmasına təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildən BDU-nun Fizika fakültəsinin dosentidir. 2011-ci ildə "Polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının və bir sıra bioloji təbiətli maddələrin nisbi hidrofobluqlarının tədqiqi" mözusunda doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildə Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilib.




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 20-11-2017, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma