Dekabrın 8-də Nizami Kino Mərkəzində Bakıda ilk olaraq, kinomərkəzin, Frame.az və İdeya Qazandı telelayihəsinin dəstəyi ilə Wood Group komandasının piroqrafik əl işlərindən ibarət sərgisi keçirilib.
Ovqat.com məlumatına görə, sərgidə Wood Group-un rəssamları Vüsal Əhmədov, Aqşin Qarayev, Alagöz Əlixanov, Nəzrin Rəcəbova və Lalə Babayevanın taxta üzərində işlənmiş əl işləri nümayiş olunub. Həmçinin, tədbirin aparıcısı İsgəndər İbrahimov qonaqlarla canlı musiqi, müsabiqə və viktorinalar təqdim edəcək.
Tədbirdə layihə rəhbərləri Taleh Məmmədov, Əli Ələkbərov və sərginin təşkilatçısı Sara Balakişiyeva iştirak edib.
Sərginin açılışı saat 18:00-da Nizami Kino Mərkəzinin ikinci mərtəbəsində yerləşən “Nizami Lounge”-da baş tutub.
Mövzuya dair fotomateriallar:
Müəllif: Mətanət İmanquliyeva
Paylaş: