Xəbər lenti

"Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır". 

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, əlavə məlumat əldə olunduğu təqdirdə ictimaiyyətə çatdırılacaq. 

Xatırladaq ki, Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus "Vostok" ("Şərq") balıqçı gəmisi itkin düşüb. Gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.

Axtarışlar hələlik nəticə verməyib.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 25-01-2018, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma