Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
"Məktəbin nəticələri qənaətbəxş olmayanda səbəblər axtarırıq. Məktəbi, kurikulumları, dərslikləri qınayırıq. Müəllimlərin yaxşı dərs keçməməsindən danışırıq. Repetitorluq institutunun xeyirini və ziyanlarını müzakirə edirik. Bu müzakirələrdə çox vaxt ipucu tapılmır, dəqiq kriteriyalar müəyyən olunmur, ciddi göstəricilərə və statistikaya söykənilmir. Hamı bir-birinə nəyisə başa salmağa çalışır, axtarışlar uzanır. Məncə bütün bunlarla yanaşı şagirdləri də dinləmək lazımdır. Məsələn, indi keçirilən qəbul imtahanlarında 700 bal toplamış bir neçə abituriyentin apa.az saytına müsahibələri məni heyran etdi. Bu istedadlı balaların fikirləri təhsilimizin tarixinə qızıl hərflərlə yazılmalıdır…
Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan 162 saylı tam orta məktəbin məzunu Mahirə Əsədzadə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. O, deyir: “Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam. Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam. Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi”.
Mahirə hədəfə çatmaq üçün ilk olaraq qarşısına məqsəd qoyubmuş:
“İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. Aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansısa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramını yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi - yatmırdım, yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim”.
O, həmyaşıdlarına bunları məsləhət görür: "Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualına özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır".
I ixtisa qrup üzrə 700 bal toplayan Elmir Əhmədov Akademik Zərifə Əliyeva adına liseyin məzunudur. O deyir: "Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar, həm müəllimlərimdə, həm də özümdə bir inam yaradıb. Həyəcan yox idi, özümü tam hazır hiss edirdim. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan demiş olaram. Liseyin ictimai həyatında yarışmalara, olimpiadalara, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm".
Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunu Xalidə Əliyeva da eyni ixtisas qrupu üzrə 700 bal toplayıb. O, belə yüksək nəticə göstərmək üçün xüsusi bir formulun olmadığını, bunun üçün sadəcə aramsız oxumağın vacib olduğunu deyir:
"Aşağı siniflərdən topladığım elmi bazanın sayəsində iki il müddətində daha yaxşı hazırlaşaraq 700 bal yığdım. Bu il ilk dəfə idi ki, iki dəfə imtahan keçiriləcəkdi. Birincidə mən iştirak etdim. Sözün açığı, birinci dəfə imtahanların keçən ilki tarixdən iki ay əvvəl keçiriləcəyini eşidəndə qorxdum. Amma sonra dedim ki, niyə də yox. Daha da çox hazırlaşdım. Şükür ki, 700 balı yığdım".
Xalidə də bu illər ərzində özünə məhdudiyyətlər qoyub. Belə ki, o, telefondan, televiziyadan, sosial şəbəkələrdən uzaq durub:
"Bunlar fikri çox yayındırır. Sadəcə dərs oxumaq lazımdır. Gündəlik dərsləri yaxşı oxumaq lazımdır. Hər günün dərsini o gün oxumaq lazımdır. Çünki bu çox yaxşıdır. Sabah oxuyaram, imtahan yaxınlaşanda oxuyaram deyib, bir kənara qoymasınlar. O gün oxusunlar".
I ixtisas qrupu üzrə 700 bal toplayan Abdulla Əsgərzadə isə Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunudur. Abdulla Əsgərzadə daha çox fizika fənninə maraq göstərib. Aşağı siniflərdən başlayaraq ciddi hazırlaşdığını deyən abituriyent onun uğurunda təhsil aldığı liseyin müəllimlərinin böyük əməyinin olduğunu qeyd edir.
A. Əsgərzadənin müəllimlərindən birinin dediklərindən: "Abdulla 7-ci sinifdən bizdə təhsil alır. Ödənişsiz təhsil alanlardan biridir. Onun aşağı siniflərdən təhsilə və dərsdən əlavə işlərə marağı bizdə onun yüksək nəticə əldə edəcəyinə əminlik yaratmışdı. Çox sevinirik ki Abdulla bizim bu inamımızı doğrultdu".
Göründüyü kimi, uşaqlar qazandıqları yüksək nəticələrə görə repetitorların rolunu qabartmırlar. Oxuduqları məktəbin təhsilini önə çəkirlər. Azərbaycanın gələcəyi olan bu uşaqların fikirləri göstərdi ki, kitab vasitəsilə biliklər qazanmaq İnformasiya Kommunikasiya Texnologiyalarının alətlərini qabaqlayır. Onlar haqlıdırlar, bu alətlərin çox vaxt məktəb yaşlı uşaqların təhsilinə mənfi təsir göstərməsi danılmazdır. Uşaqların yüksək nəticələrə görə müəllimlərinə və oxuduqları məktəblərə minnətdar olmaları sevindirici haldır. Bu ənənəvi təhsilə qayıdış deyil, məktəbin həqiqi vəzifələrinin qayıtmasıdır. Uğur qazanmış məktəblilərin səmimiyyəti bütün şagirdlərə ornək olmalıdır. İkinci məqam ondan ibarətdir ki, yaxşı çalışan uşaqlar ən yüksək nəticər əldə etmək üçün test tapşırıqlarının mürəkkəb və ya dolaşıq olmasından söhbət belə etmirlər. Həm də təhsilin keyfiyyətində coğrafiya faktoru artıq nəzərə çarpacaq dərəcədə aradan qaldırılır. Fürsətdən istifadə edib, bütün abituriyentlərə, həmçinin peşə təhsilinə üz tutan gənclərimizə uğurlar arzulayıram."
Etibar Əliyev, təhsil eksperti(Moderator.az)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar