Xəbər lenti

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan İnterpolun “qırmızı bildiriş” çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayət fəaliyyətləri ilə məşğul olan iki şəxsi 19 yanvar 2025-ci il tarixində təhvil vermişdir. Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı təqdir edir”, – məlumatda vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma