Rusiya Kiyevi üç günə işğal etməyi planlaşdırırdı, Ukraynanın mövcudluğunu dayandıracağını deyirdi. Ayrı-ayrılıqda müəyyən siyasətçilər "Ukrayna yoxdur" söyləyirdi. Qısaca deyim: Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifləməsi nəticəsində daha çox infrastrukturu, insan və texnikasını itirməsi ehtimalı yüksəkdir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın 2025-ci il üçün işğal planları ilə bağlı Qərb mətbuatında dərc olunan iddialara cavabında deyib.
Yermakın fikrincə, əhali üzərində sərt nəzarətin yaradılması ilə Rusiyanın Şimali Koreyanın “bacısı” olma ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Velt" nəşrində yayımlanan məqalədə Rusiyanın bu il Ukraynanın 4 vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə işğal edəcəyi bildirilib.
Paylaş: