Xəbər lenti

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər.

Ovqat.com  DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.

Xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb.

Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 31.000 ədəd "D&J" və "Manchester" adlı siqaretlər aşkar edilərək götürülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 442          Tarix: 24-05-2017, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma