"Bu gün Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir".
"Report" xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə "Tütün-inkişaf üçün təhlükə!" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, əvvəllər ölkədə 16-17 yaşarası siqaret çəkən gənclər vardısa, bu gün həmin göstərici 14 yaş və aşağı yaşda olanları əhatə edir: "Bu da özlüyündə müəyyən qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olur. Çünki tütün ağciyərdə xərçəng xəstəliyinin əsas səbəbkarı hesab edilir".
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə qeyd edib ki, tütün epidemiyası dünyada aktual olan problemlərdən biridir: "Dünyada ölümlərin 60-70 faizini məhz qeyri-infeksion xəstəliklər təşkil edir".
Paylaş: