Xəbər lenti


“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar.
Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.


Ana səhifəyə qayıt        Baxış: 1 125          Tarix: 21-08-2021, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma