Bakıda əcnəbi ölkə vətəndaşı eynəyini itirib. Lent.az xəbər verir ki, polisə müraciət edən İsveçrə vətəndaşı Herman Yuriyevna bildirib ki, “London” taksisində dəyəri 1950 manat olan eynəyini unudub. O bildirib ki, taksidən Yusif Səfərov küçəsi 5 ünvanının qarşısında düşüb və daha sonra avtomobil naməlum istiqamətdə hərəkət edib.
Müraciət əsasında araşdırma aparılır.