Xəbər lenti

 

Bakını Səbail rayonu ərazisində yeddi yaşlı uşaq itkin düşüb.

Oxu.az-ın xəbərinə görə, bu barədə "Sputnik Azərbaycan"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata əsasən, iyunun 28-də saat 17:00 radələrində 2010-cu il təvəllüdlü Stanislav Yureviç Babkin Nizami küçəsində yerləşən evlərindən çıxıb və bir daha geri qayıtmayıb. Əvvəlcə valideynlər özləri onu axtarıblar, lakin bunun bir nəticə vermədiyini gördükdə, iyunun 29-da polisə müraciət ediblər. 

İyunun 28-də həmçinin Səbail rayonu Badamdar qəsəbəsində Ukrayna vətəndaşı itkin düşüb. 1989-cu il təvəllüdlü Poqrebnik Vita Vladimirovna gecə saat 01:00 radələrində evdən çıxıb və geri qayıtmayıb. 

Yasamal rayonunda 84 yaşlı Zeynalova Nəsibə Mehti qızını sonuncu dəfə yaşadığı evin həyətində görüblər. Qadının yaxınlarının sözlərinə görə, o, amneziyadan əziyyət çəkir. Hazırda qadının axtarışı ilə polislər məşğuldur.

Xəzər rayonunda isə 10 gün əvvəl Binə qəsəbə sakini 1950-ci il təvəllüdlü Konovalova Zöhrə Rafiq qızı itkin düşüb. Maraqlısı odur ki, onun itkin düşməsi barədə polisə iyunun 28-də müraciət olunub.

Polisdən bildiriblər ki, son üç gün ərzində hüquq-mühafizə orqanlarına itkin düşmə barədə yeddi ərizə daxil olub.




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 1-07-2017, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma