Xəbər lenti

Sərdar Cəlaloğlu: “Odur ki, indidən seçkilərlə bağlı qəti mövqe sərgiləməyi doğru saymıram”

Məlum olduğu kimi, son günlər bəzi siyasi partiyalar 2018-ci ilin prezident seçkiləri ilə bağlı öz namizədlərini müəyyənləşdirməkdədir. Maraqlıdır, ADP necə bu seçkilərlə bağlı öz namizədini müəyyən edibmi? Bu istiqamətdə hansısa i aparılrımı?

Moderator.az-a açqlama verən ADP sədri Sərdar Cəlaloğlu hələ ki, göləmə mövqeyində dayandıqlarını vurğuladı:

“Seçkiyə qatılmaq siyasi partiyaların əsas şərtlərindən biridir. Əgər bir partiya ki, seçkiyə qatılmır, o zaman niyə siyasi partiya olur ki? Lakin seçkiyə qatılmaq, habelə necə qatılmaq məsələsi seçkiqabağı situasiya ilə bağlıdır. Bu situasiya isə hələ ki, tam aydın deyil. Baxmayaraq ki, bizim bu seçkilərlə bağlı bir sıra proqnozlarımız mövcuddur. Lakin vəziyyət tam olaraq aydın olmadığı üçün bu seçkilərlə bağlı qəti bir mövqe ortaya qoymağı doğru hesab etmirəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 376          Tarix: 4-07-2017, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma