2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri artıq indidən gündəmi kifayət qədər məşğul etməkdədir. Bəzi partiyaların artıq bu seçkilərdə iştirakla bağlı qərar verməsi, hətta öz namizədini müəyyənləşdirməsi proseslərin yaxın gələcəkdə daha aktiv fazaya daxil olacağını düşünməyə əsas verir. Bəs AXP necə, prezident seçkilərində iştirakla bağlı hansısa müzakirə aparırmı?
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn hələlik seçkilərlə bağlı müzakirə aparmaqdıqlarını vurğuladı:
“AXP-də prezident seçkiləri ilə bağlı heç bir müzakirə aparılmır. Hələlik bu seçkilər və orda iştirakımızla bağlı deyə biləcəyimiz bir şey yoxdur. Əgər yaxın gələcəkdə dəyişən nə isə olarsa, o zaman bu barədə media vasitəsi ilə ictimaiyyətə məlumat verəcəyik”.
Paylaş: