Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
2021-ci ilin dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, MEDİA Agentliyinə 56 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.
Bu vəsaitin 38 milyon manatı AzTV-nin payına düşür. Qeyd edək ki, 15 ildən artıqdır dövlət televiziyasına büdcə dotasiyası 32-38 milyon manat arasında dəyişir. Yəni qurum hər il bu həcmdə vəsait əldə edir.
AzTV QSC-nin keçmiş rəhbəri Arif Alışanov dövründə külli miqdarda maliyyə yeyintiləri ilə bağlı mətbuatda çoxsaylı araşdırma yazıları dərc olunub. Keçmiş sədrın adı məhkəmə qalmaqallarına da qarşıb, onun iddiası ilə 3 nəfər Şamaxı sakini sui-qəsdə cəhd, dələduzluq ittihamları həbs edilərək ağır cəzaya məhkum edilib. Bu məhkəmə zamanı üzə çıxıb ki, Arif Alışanov Şamaxıda və ətraf rayonlarda yüz hektarlarla torpaq sahələri ələ keçirib, Bakıda müxtəlif biznes subyektləri yaradıb. Onun təkcə rayonlardakı əmlakının dəyəri 77 milyon manatdan artıq olub. Sözgüdən cinayət işində Alışanov 7 milyon manata yaxın vəsaitinin dələduzluq yolu ilə mənimsənildiyini iddia edib...
Təqdim olunan bu faktlar AzTV QSC-dakı korrupsiyanın miqyasını təsəvvür etməyə əsas verir. 2019-cu ildə Arif Alışanovu bu posta QSC-nin sədr müavini Rövşən Məmmədov əvəz edib.Yeni sədr böyük islahatlar vədi ilə işə başlayıb, AzTV-də çoxsaylı dəyişikliklərə imza atıb, habelə kanalın monoton efir siyasətini dəyişdirməyə nail olub. Ekspertlər AzTV-dəki dəyişikləri müsbət qiymətləndiriblər. Amma R. Məmmədovun parlaq islahatçı imici çox çəkməyib, onun haqqında da mediada korrupsiya, ayrı-seçkilik və s. ittihamlar səsləndirilməyə başlanıb. Hesablama Palatasının bu il aprelin 26-da AzTV-də yoxlamalara başlaması qalmaqalın əhatə dairəsini daha da böyüdüb.
Yoxlamaların apardığı dövrdə isə dövlət televiziyası ilk dəfə olaraq 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb və məlum olub ki, qurum zərərlə işləyirmiş. Qurumun hesabatına görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır. 2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib. İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.
2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur. 2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.
AzTV QSC 2020-ci il üzrə isə maliyyə hesabatını hələ də açıqlamayıb. Bu barədə mətbuatın suallarına mayın 17-də verilən açıqlamada bildirilib ki, hesabatın təqdim olunmaması qurumda aparılan maliyyə yoxlamaları ilə bağlıdır.
"Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - məlumatda qeyd edilib.
Dünən isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA-ya cari ildə AzTV-də maliyyə hesabatlarının auditinin aparıldığını açıqlayıb. V. Gülməmmədov deyib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik. Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”.
Palata sədrinin açıqlamasında konkert hansı maliyyə pozuntularına yol verildiyi açıqlanmır. Sözgedən qurumun rəsmi saytında da bu barədə hər hansı məlumat yoxdur. Hesabalama Palatasının 2021-ci ilin 6 ayı üzrə hesabatda AzTV-də həyata keçirilən auditlə bağlı heç nə deyilmir.
Vüqar Gülməmmədovun açılaması isə "bəzi maliyyə pozuntuları", "ciddi qərarlar", "bəzi gəlir və xərclərin təhrif olunması", kimi qeyri-müəyyən ifadələrlə zəngindir. Palata sədri nədənsə baş vermiş korrupsiya faktları ilə bağlı konret rəqəmlər açıqlamaqdan yayınıb.
Amma onun açıqlamasından bəlli olur ki, dövlət televiziyasında əsas qanun pozuntuları hansı sahələrdə baş verib. Məsələn, gəlir və xərclərin təhrif edilməsi, əməkhaqqı və qonorar sistemindəki mənimsəmələr, reklamdan əldə olunan vəsaitlərin gizlədilməsi və sair kimi qanunsuzluqlar aşkarlanıb. Əlbəttə, AzTV-nin on milyonlarla manat maliyyə dövriyyəsinin olduğunu nəzərə alsaq, bu qanunuszluqların əksəriyyəti korrupsiya cinayətlərinin predmetidir. Amma V.Gülməmmədovun açıqlamasından məlum olur ki, Hesablama Palatası maliyyə yeyintiləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.
Hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, Hesablama Palatası sədrinin bu açıqlamaları əslində AzTV QSC-də büdcə vəsaitlərinin xərclənməsi sahəsində çox ciddi qanun pozuntularının olduğunu göstərir. Onun sözlərinə görə, bu qanun pozuntuları mahiyyətcə cinayət hüquqi məsuliyyət yaradır.
"Ona görə də Hesablama Palatası yol verilmiş maliyyə pozuntularına görə AzTV rəhbərliyinə tövsiyyələr verməklə yanaşı, pozuntulara yol vermis şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələ qaldırmalı idi. Bunun üçün maliyyə pozuntuları ilə bağlı materiallar prokurorluq oraqnına göndərilməli və bu materiallar əsasında prokurorluq tərəfindən araşdırmalara başlanmalı idi",-hüquqşünas vurğulayıb.
H.Həsənov hesab edirki, indiki halda Hesablama Palatasının belə yanaşması düzgün deyil və bu qurum qanunla üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirməyib: "Bu cür hallar isə insanlarda belə bir rəyi möhkəmləndirir ki, əslində hamı qanun qarşısında bərabər məsuliyyət daşımır və bu da Konstitusiya ilə təsbit olunan bərabərlik hüququnun pozulmasıdır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar