Xəbər lenti
27-11-2024, 19:25

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, keçidlər yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki inşa edilib.

Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81.4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40.5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5.5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.

Hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 14-07-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma