Xəbər lenti

Müharibədə qalib gəlmək son girovu geri qaytarmaqdan daha vacibdir.

Axar.az xəbər verir ki, bunu İsrailin məskunlaşma və milli layihələr naziri Orit Strok deyib.

“Qəzzada strateji qələbəyə nail olmaq üçün bəzi girovlardan imtina edə bilərik. Bu, 10 il əvvəl İsraildə razılaşdırılmış məsələ idi”, - nazir əlavə edib.

O.Strok xatırladıb ki, daha əvvəl müxalifət lideri Yair Lapid bir girovun azad edilməsi müqabilində birdən çox məhbusun buraxılmasını əngəlləyən qanun layihəsi təqdim etmişdi:

“Bu gün oxşar fikirlər ekstremist hesab edilsə də, bu anlayış yenidən qəbul edilməlidir”.

Nazir vurğulayıb ki, əgər İsrail HƏMAS-ı aradan götürsə və fələstinlilərin böyük əksəriyyətini Qəzzadan çıxarsa, bu, bütün bölgəyə güclü mesaj verəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 763          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma