Xəbər lenti

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

M.Pənahov söyləyib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır: "Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib sayırıq. Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad olunmuş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq".




Ana səhifəyə qayıt        Baxış: 2 506          Tarix: 29-01-2024, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma