Xəbər lenti

Bakının Nərimanov rayonunda binada yanğın olub.

APA xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mersedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.




Ana səhifəyə qayıt        Baxış: 2 535          Tarix: Dünən, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma