Xəbər lenti

 

Ola bilsin, mərhum içkili halda gölə enib və müvazinətini saxlaya bilmədiyi üçün boğulub

Dünən Xaçmazdakı süni göldə batan kişinin meyiti tapilib.

Hadisə Muruqoba kəndində baş verib. Xaçmaz rayonunun Ləcət kənd sakini balıq tutmaq üçün Muruqoba kəndindəki gölə gedib. Kişi göldə naməlum şəraitdə batıb.

65 yaşlı Kuçeryavı Vyaçeslav Anatolyeviçin meyiti dünəndən etibarən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarılsa da, göl su ilə dolu olduğundan meyiti tapmaq mümkün olmamışdı.

Bu gün saat 11:00-da axtarışlar nəticə verib. Meyiti göldən çıxarmaq mümkün olub və tibbi ekspertizaya göndərilib.

Kənd camaatının dediyinə görə, V.Kuçeryavı həmişə sözügedən göldən balıq tuturmuş. Onlar ehtimal edirlər ki, ola bilsin, mərhum içkili halda gölə enib və müvazinətini saxlaya bilmədiyi üçün boğulub./XəzərXəbər/




Ana səhifəyə qayıt        Baxış: 908          Tarix: 15-08-2017, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma