Xəbər lenti

 

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

*   *   *20:43

Gədəbəydə bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 4-08-2017, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma