Xəbər lenti

 

Dünən axşam saatlarında Ağstafada Kür çayının Saloğlu qəsəbəsindən keçən hissəsində batan polis əməkdaşlarının ikisinin də meyiti tapılıb.

Ovqat.com bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, Qazax rayon Çayli kənd sakini 24 yaşlı Qalib Novruzovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğic-xilasediciləri tərəfindən elə batdığı yerdə tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağstafa rayon Zəlmixan kənd sakini 26 yaşlı Şahlar Mamayevin cəsədi isə bu gün saat 09:27-də kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, dünən axşam saatlarında peşə bayramlarını qeyd etmək üçün Kür sahilinə gedən 3 polis əməkdaşı çayda çimmək istəyərkən batıb. Onlardan biri yaxınlıqda yaşayan kənd sakinləri tərəfindən xilas edilib. Hər üç polis dəmiryol nəqliyyatında polis idarəsinin Ağstafa xətt polis bölməsinin əməkdaşlarıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 537          Tarix: 3-07-2017, 21:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma