Xəbər lenti

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

"Report" xəbər verir ki, partlayış zamanı yanğınsöndürənlərdən biri Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 208          Tarix: Bu gün, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma