Xəbər lenti

  Saatlıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, rayonun Azadakənd kənd sakini, 60 yaşlı Şakir Cabbarovun idarə etdiyi “Jiquli” markalı avtomobillə həmin kəndin sakini, 44 yaşlı Salman Atakişi oğlu Qasımovun idarə etdiyi traktorla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, traktorun sürücüsü və avtomobildə olan rayonun Azadakənd kənd sakini, 61 yaşlı Namiq Vilayət oğlu Abışov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 879          Tarix: 19-09-2017, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma