Xəbər lenti

 

Ay səthinin tədqiqi ilə məşğul olan Yaponiya alimləri yeniliyə imza atıb. 

Ovqat.com ATV.az-a istinadən bildirir ki, ölkənin aerokosmik agentliyi tapıntı barədə rəsmi açıqlama verib. 50 km uzunluğu olan mağara o qədər genişdir ki, mütəxəssislər burda elmi mərkəzin qurulmasını təklif ediblər. Kəşfin "Kaquya" zondu vasitəsilə aşkarlandığını bildirən qurum rəsmiləri yaxın günlərdə şəkillərin ictimaiyyətə təqdim olunacağını bildirir. İlkin ehtimallara görə mağaranın yaranmasına səbəb 3,5 milyard il əvvəl Ayda püskürən vulkandır.




Ana səhifəyə qayıt        Baxış: 1 156          Tarix: 18-10-2017, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma